Modern.az

Masallı sakini Qazaxda bıçaqlandı - VİDEO

Masallı sakini Qazaxda bıçaqlandı - VİDEO

9 Sentyabr 2024, 00:15

Qazaxda küçədə bıçaqlanma hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, hadisə anı müşahidə kameralarına əks olunub.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sentyabrın 5-də saat 22 radələrində Qazax Rayon Polis Şöbəsinə Masallı rayon sakini Elçin Burhanlının kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

 

"Araşdırmalarla Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Mansurovun aralarında yaranmış mübahisə nəticəsində E.Burhanlıya bıçaqla müxtəlif bədən xəsarətləri yetirməsi ilə bağlı şübhələr müəyyən edilib.

 

K.Mansurov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir", - açıqlamada bildirilib. 

 

Sosial şəbəkələrdə paylaşılan görüntüləri təqdim edirik:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı