Modern.az

Şirkəti aldadıb 17 min manatlıq avadanlıq aldılar

Şirkəti aldadıb 17 min manatlıq avadanlıq aldılar

Aktual

9 Sentyabr 2024, 12:02

Nizami rayonu ərazisində yerləşən şirkətlərin birindən aldatma yolu ilə 17.480 manat dəyərində elektrik əşyalarının alınması barədə polisə məlumat daxil olub.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi