Modern.az

Saxlanılan ermənilərin qaytarılması sülh sazişi layihəsinə salınmayıb - Simonyan

Saxlanılan ermənilərin qaytarılması sülh sazişi layihəsinə salınmayıb - Simonyan

Aktual

9 Sentyabr 2024, 12:47

Bakıda saxlanılan ermənilərin qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

“Bununla belə, problem bütün platformalarda müzakirə olunur”, - o deyib.

Simonyan xatırladıb ki, bu məsələ 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alıb.

Spiker Ermənistanın noyabrda Bakıda keçiriləcək COM29 sammitində iştirakının şərti kimi emənilərin qaytarılması məsələsini qaldıra biləcəyi barədə suala da cavab verib.

Simonyan bu cür müzakirələri "vaxtından əvvəl" adlandırıb. O qeyd edib ki, bu və ya digər ölkəni sammitə dəvət edən Azərbaycan deyil - bu, BMT-nin tədbiridir və kimi dəvət edib, kimi çağırmamağa təşkilat qərar verir.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda mövcud olmuş separatçı rejimin rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, qondarma “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək istintaqa cəlb edib. Onlar hazırda Bakıdakı təcridxanada saxlanılırlar.
Separatçılar ağır müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətllərdə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi