Modern.az

Azərbaycan-Rusiya sərhədində 45 avtomobil gözləyir

Azərbaycan-Rusiya sərhədində 45 avtomobil gözləyir

10 Sentyabr 2024, 16:06

Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda 45 avtomobil gözləyir.

 

Modern.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 10, "Biləsuvar" gömrük postunda 20, "Astara" gömrük postunda isə 18 yük maşını var.

 

Bildirilir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda və Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan yük avtomobili yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi