Modern.az

Sincançay sahilində uyuyan Türk Şəhidinin müqəddəs ruhu...

Sincançay sahilində uyuyan Türk Şəhidinin müqəddəs ruhu...

Aktual

11 Sentyabr 2024, 09:37

Günün batdığı Hacı Kərim dağının meşələrinə tərəf baxan qədim Sincan kəndinin Orta məhəlləsində, Sincan çayının sol yatağının kənd yoluna bitişik hissəsində 1918-ci ilin iyun ayında 5-ci Qafqaz İslam Ordusunun hay-daşnak dəstələrinin Türk-Müsəlman əhalisinə qarşı amansız silahlı basqınlarına qarşı sinəsini sipər edən Naməlum Şəhid Türk Əsgərinin məzarı var. Şəhidim bu Müqəddəs Məqamdakı Ruhu dolanır, məkan camaatın inanc-iman ocağıdır.

Görünür Şəhid Türk əsgərinin dəfni üçün bu yerin seçilməsi 1918-ci ilin isti və sərin yay günlərində təsadüfi olmayıb. Çünki həmin çağda bu yer Cümə məscidinin (tikilisi 1980-ci ilədək qalırdı, inidi yurd yeri bilinir) həyəti olub, el-oba arasında ziyarət edilən “Pir heyvalıq” ərazisinə bitişik olub.

Şəhid məzarının üstündə yazısız, bəlirtisiz qəbir daşı var, nişanə kimi, “torpaq çiynində” kənd sakini İsa Həmid oğlu Hacıyev (1928-2016)  tərəfindən 2015-ci ildə əkilmiş qızılgül kolu və heyva ağacı kök salıb, ətrafının dəmir çərçivəsini də o düzəldib.

Bir az aralıda ucalan, yaşı 450-500 ilə çatan palıd ağacı isə payız xəzəllərinə bürünmüş bu Müqəddəs Məqamın/Məkanın sanki əzəli və daimi keşikçisidir...

(Yazının hazırlanmasında Oğuz rayonu, Sincan kənd sakinləri Nizami Şəmsəddin oğlu Şəmsəddinovun (1940-2015), Mənsur Abduləzir oğlu Əhmədovun (1968), Teymur Babaş oğlu Məmmədovun (1971), Elçin Qərib oğlu Xasıyevin (1971) və  Ramin Nizami oğlunun (1979) məlumatlarından istifadə edilmişdir).                           

                                                          
Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?