Modern.az

Ermənistan ordusunda zəhərlənmə

Ermənistan ordusunda zəhərlənmə

13 Sentyabr 2024, 09:17

Ötən gün Ermənistanın Zəngəzur bölgəsindəki hərbi hissədə döyüş növbətçiliyində olan bir qrup hərbçi zəhərlənərək tibb mərkəzinə aparılıb.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, zəhərlənənlərdən ikisi ağır vəziyyətdə komaya düşüb.

Məlumata görə, döyüş növbətçiliyində olanlar yeməklərində yabanı meyvələrdən istifadə edib, onlardan zəhərləniblər.

“Ermənistan” Tibb Mərkəzinin direktor müavini Aşot Kurqinyan məlumatı təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi