Modern.az

MSK Mustafa Hacılının şikayətini RƏDD ETDİ

MSK Mustafa Hacılının şikayətini RƏDD ETDİ

13 Sentyabr 2024, 16:12

Sentyabrın 1-də keçirilən parlament seçkilərində 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olduğu haqqında iddialar araşdırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, deputatlığa namizəd Hacılı Mustafa Mustafa oğlu bununla bağlı quruma şikayət edib: "Araşdırmalar zamanı namizədin iddia etdiyi pozuntular əsasını tapmadığından təmin edilməyib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi