Modern.az

Velosiped zolaqları ilə bağlı problemin səbəbi - RƏSMİ AÇIQLAMA

Velosiped zolaqları ilə bağlı problemin səbəbi - RƏSMİ AÇIQLAMA

Aktual

14 Sentyabr 2024, 11:08

Sosial şəbəkələrdə vətəndaşlar bəzi ərazilərdə velosiped zolaqlarının peşəkar formada salınmamasından şikayət edir. Bu formada salınan zolaqların həm avtomobil sürücüləri, həm də velosipedçilər üçün çətinlik yaratdığını bildirirlər.

 

Modern.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, sözügedən ərazidə mikromobillik zolağının təşkili istiqamətində işlər tam yekunlaşmayıb:

 

"Ərazidə tikinti işləri yekunlaşandan sonra mövcud problem kimi görünən məsələlər də həllini tapacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI