Modern.az

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Aktual

14 Sentyabr 2024, 14:05

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

 

Modern.az-ın məlumatına görə, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

***

10:50

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 102 yaşında dünyasını dəyişib.

 

Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda - 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü şəkildə cəbhəyə yollanıb və döyüşlərdə iştirak edib.

 

İkinci Dünya müharibəsi veteranının 4 övlad, 11 nəvə, 25 nəticəsi var.

 

Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif olunub və Prezident təqaüdçüsü idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi