Modern.az

Büdcədən Naxçıvana 150 milyon manat ayrıla bilər

Büdcədən Naxçıvana 150 milyon manat ayrıla bilər

Aktual

18 Sentyabr 2024, 10:33

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrası məqsədilə 150 milyon manat məbləğində vəsaitin qarşılanması üçün 2025-ci ilin dövlət büdcəsi layihəsində maliyyə təminatı yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunub. 

 

Belə ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqram”nın, dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu