Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak edib.
Sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək.
MMC-nin direktoru Vüsal Mirzəyev Modern.az-a açıqlamasında bildirib ki, zavod elektrik avtomatlar, vakkum kəsicilər, elektron relelər, həmçinin orta gərginlikli ayrıcılar və digər texniki vasitələr hazırlamaq üçün ərsəyə gətirilib.
Onun sözlərinə görə, zavodda 70 nəfər işçi çalışacaq. Onlardan 50 faizi yerli, digər faizi isə xaric mütəxəssilər olacaq.
Zavodun daxili bazarlara satışı 70 faiz təşkil edəcək.