Fransa prezidenti Emmanuel Makronun reytinqi yeni əks-rekord vurub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son rəy sorğularına görə, Fransa sakinlərinin 75 faizi prezident Makrondan narazı qalıb. Sorğuları Journal du Dimanche üçün Ifop mərkəzi aparıb. Belə ki, sorğunun nəticələrinə görə, fransızların 25 faizi Emmanuel Makronun siyasətindən razı, 75 faizi isə narazıdır.
Fransızlar xüsusilə Makronu parlamentin buraxılması ilə bağlı fiaskoda, eləcə də onu nüfuzdan salan qeyri-mütənasib eqoistlikdə günahlandırırlar. Yeni qurulan hökumətə baxmayaraq, fransızların 55 faizi artıq baş nazir Mişel Barniyedən narazılıqlarını bildirməyə başlayıblar, baxmayaraq ki, sonuncunun kabineti ümumilikdə hələ heç nə edə bilməyib.