Modern.az

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi cərimələndi

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi cərimələndi

23 Sentyabr 2024, 15:16

UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olmuş Xorvatiyanın "Dinamo" klubunu 50000 avro cərimələyib.

 

Modern.az-ın məlumatına görə, buna Zaqreb təmsilçisinin evdə Azərbaycan komandasına qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

 

Meydan sahibləri "ictimai keçidlərin bağlanması"na görə 26000 avro ödəməli olacaq. "Dinamo" pirotexniki vasitələrdən istifadəyə görə isə 24000 avro ziyana düşüb.

 

Qeyd edək ki, qarşılaşma Xorvatiya çempionunun qələbəsi ilə bitib - 3:0. Bakıda da qalib gələn zaqreblilər (2:0) Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi