Modern.az

Bu ərazilərin suyu KƏSİLƏCƏK

Bu ərazilərin suyu KƏSİLƏCƏK

Aktual

25 Sentyabr 2024, 08:31

Bu gün bəzi ərazilərdə suyun verilişində məhdudiyyətlər olacaq.

 

Bu barədə Modern.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, “Şollar” su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 24-dən 25-nə keçən gecədən 25 sentyabr saat 17:00-a qədər Abşeron rayonu, Çaylı, Aşağı Güzdək, Pirəkəşkül qəsəbələri, Qobustan rayonu, 28 May, Nübar, Hökməli, At yalı, Mexkolon ərazilərinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

 

Təmir işləri bitəndən sonra suyun əvvəlki rejimlə bərpası təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi