Modern.az

İki kuryerin çantası oğurlandı - 3 yeniyetmə saxlanıldı

İki kuryerin çantası oğurlandı - 3 yeniyetmə saxlanıldı

Aktual

25 Sentyabr 2024, 10:30

Sentyabrın 23-də Nəsimi rayonu ərazisində bir nəfərin kuryer çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.

 

Onların sentyabrın 22-də daha bir nəfərin kuryer çantasını oğurlaması da müəyyən edilib.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi