Modern.az

Nazirlərin üçtərəfli görüşünün saatı DƏQİQLƏŞDİ

Nazirlərin üçtərəfli görüşünün saatı DƏQİQLƏŞDİ

26 Sentyabr 2024, 10:16

Bu gün - sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Modern.az xəbər verir ki, məlumatı tərəflər rəsmi şəkildə təsdiq ediblər.

Görüşdə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prioritet olacaq.

ABŞ Dövlət Departamentinin məlumatına görə, görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də (Bakı vaxtı ilə 18:15) keçiriləcək.

Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi