Modern.az

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış oldu - VİDEO

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış oldu - VİDEO

26 Sentyabr 2024, 10:24

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və Azərbaycanın digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən “TEKNOFEST 2024” texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komanda müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.

 

MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı "Xilaskar" pilotsuz uçuş aparatı da nümayiş olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi