Modern.az

Kobaxidze BMT-də Ermənistan-Azərbaycan münaqişəsinin həllini xatırladıb

Kobaxidze BMT-də Ermənistan-Azərbaycan münaqişəsinin həllini xatırladıb

26 Sentyabr 2024, 11:52

Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında çıxışı zamanı Gürcüstan ərazilərinin 20%-nin işğal olunduğunu, Ukraynada müharibə getdiyini və Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapdığını qeyd edib.

Modern.az-ın məlumatına görə, “NewsGeorgia” xəbər verir ki, Gürcüstanın baş naziri 9 dəqiqədən çox davam edən çıxışı zamanı bir dəfə də olsun “Rusiya” sözünü dilə gətirməyib.

İ.Kobaxidzenin sözlərinə görə, “görünməmiş qlobal çağırışlar və regional münaqişələr dövründə “Gürcü arzusu” partiyasının hökuməti “hər bir Gürcüstan vətəndaşının öz ölkəsi ilə fəxr etməsi üçün yorulmadan çalışır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi