Modern.az

Tullantıları yandıran vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Tullantıları yandıran vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Aktual

26 Sentyabr 2024, 13:32

Lənkəran rayonunda və Şirvan şəhərində yerləşən tullantı poliqonlarında və Xocalı rayonu ərazisində Xocalı-Xankəndi avtomobil yolunun kənarında yerləşən maye-qaz doldurma məntəqəsinin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktı aşkar edilib.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, faktlarla bağlı Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsinin rəisi Rövşən Lətifov və Şirvan Kommunal Kombinatı Müəssisəsinin rəisi Azər Abdıyev barəsində vəzifəli şəxs qismində, Füzuli rayonu Bəhmənli kənd sakini Rəhman Bayandurov barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub.

 

Sözügedən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi