Modern.az

ZƏFƏR GÜNÜ

ZƏFƏR GÜNÜ

Aktual

27 Sentyabr 2024, 09:36

Bu günə gün çatmaz tarixlər boyu,

Qurtuldu xalqımın şərəfi, soyu...

Dikəldi millətin əyilən boyu,

O gün azalığa səfər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Mübarək əmrini verdi Komandan,

Hücum nərəsilə sökülürdü dan...

Qarabağ uğrunda tökülürdü qan,

O gün Şəhid üç min nəfər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Hər igid qəlbində Vətən can idi,

Hər canda bu Vətən bir vicdan idi.

Xalqa arxalanan Komandan idi,

O gün birlik günü, şərəf günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Şərəfli 44 gün, şanlı 44 gün,

Əbədi qürursan tariximizçün...

Qəhrəman Ordumun qoyduğu izçün,

O gün düşmənlərin məhşər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Tarix yazan elin üç min qardaşı,

Hər Şəhid bu xalqın ömür sirdaşı,

Yazdı hünəriniz tarix yaddaşı,

O gün şərəfimin mərd, ər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Azaddır Qarabağ, azaddır Şuşam,

Kövrəlir sevincdən Sərkərdəm, Paşam...

Xalqıma layiqdir qürurlu yaşam,

O gün varlığımın gövhər günüdür,

Bu gün tariximin Zəfər günüdür!!!

XXX

Yüksəlir Şuşadan azanın səsi,

Tarixə bu günü yazanın səsi...

Yenilməz Ordunun bu qələbəsi,

Yeni bir eranın hünər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

İrəli, irəli hayqırır bir səs,

Bir Şəhid Yurduyçün verir son nəfəs...

Qəlblərdən tükənmir eşq, qisas, həvəs...

Düşmənin bətərdən,bətrər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Yurduma uzanan əllər kəsildi,

Çox meydan oxuyan dillər kəsildi...

"Dəmir yumruq" ilə qüşmən əzildi,

O gün yağılara sipər günüdür,

Bu gün tariximin Zəfər günüdür!

XXX

Hər əsgər bir igid, cəsur, qəhrəman,

Öz Yurdu uğurunda əsirgəmir can...

Tarix belə hünər görməyib bir an,

O bir Azərbaycan Əsgər günüdür,

Bu gün tariximin Zəfər günüdür !

 

Eldar İskəndərzadə

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı