Modern.az

Nazir müavini Nyu-Yorkda Qəzza təmas qrupunun iclasına qatıldı

Nazir müavini Nyu-Yorkda Qəzza təmas qrupunun iclasına qatıldı

Aktual

27 Sentyabr 2024, 12:10

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində "Qəzzadakı vəziyyət, ədalətli və hərtərəfli sülhə aparan yol kimi İki Dövlət Həllinin həyata keçirilməsi" mövzusunda keçirilən iclasda iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkə hesabında məlumat yayıb.

 

İclasda İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli və davamlı həllinin təcili tapılmasının zəruriliyi vurğulanıb. Həmçinin Azərbaycanın iki dövlət prinsipi əsasında həllinə qətiyyətlə dəstək verdiyi qeyd edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi