İran çempionatında 6-cı turun oyunları keçirilir.
Modern.az xəbər verir ki, Təbrizin “Traktor” klubu bu turda səfərdə “Sepahan”la qarşılaşıb.
Güney Azərbaycan təmsilçisi 31-ci dəqiqədə azlıqda qalıb. Torabi qırmızı vərəqə alıb. Buna baxmayaraq, Əmirhossein Hosseinzadə 45+1-ci dəqiqədə “Traktor”u hesabda önə keçirib. 10 nəfərlə sona qədər inamlı müdafiə olunan Təbriz klubu yekunda 1:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Traktor” topların daha yaxşı fərqinə (+7) turnir cədvəlində 1-ci yerə qalxıb. Eyni xala malik “Malavan” ikinci, “Sepahan” isə üçüncü yeri tutur.