Modern.az

Yalnız 44 günlük müharibədən sonra ayıldıq - Paşinyan

Yalnız 44 günlük müharibədən sonra ayıldıq - Paşinyan

Aktual

28 Sentyabr 2024, 16:10

"Müstəqilliyin ilk günlərindən ətrafımızda baş verənləri yalnız 44 günlük müharibədən sonra tam və dərindən dərk etdik".

Modern.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə İərvandakı hərbi məzarlığı – “Yerablur”u ziyarət edərkən deyib.

“Biz hələ aşkar edilənləri həzm etməliyik, hələ başa düşməliyik, düzgün nəticə çıxara bilməliyik və bu asan deyil: ağrı çox böyükdür, duyğular çox güclüdür, soyuq mülahizə və təhlil üçün isə yer çox kiçikdir.

Mənim üçün bircə nəticə var: Həlak olan hərbçilərimiz bizə dövlət sahibi olmaq üçün yeni imkanlar açıblar...

...Niyə, necə - bugünkü söhbətin mövzusu deyil”, - Paşinyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi