Modern.az

Laçın Ukraynanın İrpin şəhəri ilə QARDAŞLAŞDI

Laçın Ukraynanın İrpin şəhəri ilə QARDAŞLAŞDI

Aktual

30 Sentyabr 2024, 15:30

Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpin şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşım edib. Diplomat bildirib ki, imzalanma mərasimi İrpinin meri Oleksandr Markuşinin Laçına səfəri çərçivəsində baş tutub.

 

Onun sözlərinə görə, bu addım regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına səbəb olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi