Modern.az

"Malmö"nün hücumçusu “Qarabağ”la oyunu buraxacaq

"Malmö"nün hücumçusu “Qarabağ”la oyunu buraxacaq

Aktual

30 Sentyabr 2024, 17:40

İsveçin “Malmö” komandasının futbolçusu Sead Hakşabanoviç Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri II tur matçını buraxacaq.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Qasıq nahiyəsində problem aşkarlanan oyunçu bu həftə əməliyyat olunacaq.

 

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Malmö" qarşılaşması saat 20:45-də start götürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi