Modern.az

Bu ərazilərdə su olmayacaq 

Bu ərazilərdə su olmayacaq 

1 Oktyabr 2024, 18:29

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

 

Modern.az bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

 

Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi