Modern.az

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu

Aktual

2 Oktyabr 2024, 09:10

Oktyabrın 2-də yerli vaxtla saat 03:38-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi zəlzələ qeydə alıb. 

Modern.az xəbər verir ki, zəlzələ Ermənistan-Gürcüstan sərhəd zonasında Bavra kəndindən 15 km şərqdə, 3,7 bal gücündə, 10 km dərinlikdə baş verib.

Episentral zonada yeraltı təkanların gücü 5 bal olub.

Zəlzələ Şirak rayonunun bir sıra yaşayış məntəqələrində 4-5 bal gücündə hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi