Modern.az

Rusiyadan İranın İsrailə raket hücumuna REAKSİYA

Rusiyadan İranın İsrailə raket hücumuna REAKSİYA

Aktual

2 Oktyabr 2024, 09:38

Rusiya İranın çərşənbə axşamı gecə İsrailə qarşı cavab hücumuna reaksiya verib.

Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ prezidenti Co Baydenin Qərbi Asiya regionunda siyasəti uğursuzluqla nəticələnib, çünki regionda gərginlik artıb.

"Baş verənlər Yaxın Şərqdə Bayden administrasiyasının tam uğursuzluğudur. Qanlı dram getdikcə daha da sürətlənməkdədir. Ağ Evin açıq-aşkar açıqlamaları böhranların həllində tam acizliyini nümayiş etdirir. ABŞ Dövlət Katibi Antoni Blinkenin səyləri belə nəticəyə gətirib çıxardı ki, minlərlə qurban və çıxılmaz vəziyyətə düşən insan var”, - Zaxarova Telegram-da yazıb,

Sentyabrın 23-də İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyata başlayıb və ərəb ölkəsinə güclü zərbələr endirib. Sentyabrın 27-də Beyrutda “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullah öldürülüb.

Oktyabrın 1-də İran İslam İnqilabı Keşikçiləri Korpusu ballistik və hipersəs raketləri ilə İsrailə kütləvi hücum həyata keçirib. SEPAH bildirib ki, raketlərin 90%-i təyin olunmuş hədəfləri uğurla vurub.
İran 

Əməliyyat HƏMAS-ın rəhbəri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH komandiri Abbas Nilforuşanın İsrail ordusu tərəfindən öldürülməsinə cavab olaraq həyata keçirilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi