Modern.az

Yanacaqdoldurma məntəqəsində işçiyə saxta pul verən şəxs saxlanıldı

Yanacaqdoldurma məntəqəsində işçiyə saxta pul verən şəxs saxlanıldı

Aktual

2 Oktyabr 2024, 15:02

Oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Modern.az xəbər verir ki, dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb. 

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi