1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə əlaqədar bir qrup prokurorluq işçisi xidməti vəzifələrini nümunəvi icra etdiklərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə təltif edilib.
Modern.az xəbər verir ki, baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif olunub.