Modern.az

Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Aktual

3 Oktyabr 2024, 14:42

Oktyabrın 5-dən Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Modern.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi