Payızın yeni başlamasına baxmayaraq, xəstəliklər özünü göstərməyə başlayıb. Bu xəstəliklərlə mübarizə zamanı düzgün qidalanmaq çox vacibdir.
Mövzu ilə bağlı Modern.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, payızda immunitet sisteminə təsir edən müxtəlif amillər var:
Payızda immunitet sisteminə təsir edən müxtəlif amillər var:
• günəşin təsirinin azalması.
• iş və məktəb tempinin artması.
• günlərin qısalması.
• yuxu rejimində dəyişikliklər.
• fiziki fəaliyyətin azalması.
• temperatur azaldıqca içilən suyun miqdarının azalması və s.
Ekspert qeyd edib ki, xəstələnməmək və immunitetimizi gücləndirmək üçün bəzi nüanslara diqqət etmək lazımdır:
• miqdarında və balanslı qidalanın.
• davamlı şəkildə idmanla məşğul olun.
• yuxu rejiminə riayət edin.
• stressi minimuma endirin.
• spirtli, qazlı və şəkərli içkilər içməyin.
• tütün məmulatlarından uzaq durun.
• pis vərdişlərdən uzaqlaşın.
• sağlam çəkinizi qoruyun.
• gigiyena qaydalarına xüsusilə əməl edin.
• mövsümi meyvə və tərəvəzlər, xüsusən də portağal, ispanaq, cəfəri, balıq, yumurta, badam, qoz, qatıq və s. qidaları qida rasionunuza daxil edin.