Modern.az

Qanunsuz ov etdi - Tüfəngi əlindən alındı

Qanunsuz ov etdi - Tüfəngi əlindən alındı

Aktual

3 Oktyabr 2024, 17:37

Masallı rayonunda qanunsuz ov faktı aşkarlanıb.

Modern.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Hacıtəpə kənd sakini E.Əhədovun qanunsuz olaraq ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd "Stoeger" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.

Fakt üzrə araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi