Modern.az

Sumqayıt-Bakı qatarında texniki problem

Sumqayıt-Bakı qatarında texniki problem

Aktual

4 Oktyabr 2024, 08:56

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi