Modern.az

Füzuli sakini 3 kiloqram tiryəklə tutuldu

Füzuli sakini 3 kiloqram tiryəklə tutuldu

Aktual

4 Oktyabr 2024, 09:06

Füzulidə keçirilən əməliyyat zamanı 3 kiloqram tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb. Ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi