Modern.az

Kartdan pul oğurlayan kişi və qadın ələ keçdi

Kartdan pul oğurlayan kişi və qadın ələ keçdi

Aktual

4 Oktyabr 2024, 09:38

Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı M.Kərimov və 23 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı V.Möhsümzadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi