Modern.az

Azərbaycanla Əfqanıstan əməkdaşlığı müzakirə edildi

Azərbaycanla Əfqanıstan əməkdaşlığı müzakirə edildi

Aktual

4 Oktyabr 2024, 12:20

Azərbaycan və Əfqanıstan arasında "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapis Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq", - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi