Modern.az

İsrail "Hizbullah"ın daha bir komandirini zərərsizləşdirdi

İsrail "Hizbullah"ın daha bir komandirini zərərsizləşdirdi

Aktual

4 Oktyabr 2024, 15:03

Beyrutda İsrailin hava hücumu nəticəsində "Hizbullah"ın rabitə bölməsinin komandiri zərəsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

Bildirilib ki, Məhəmməd Rəşid Səkafi 2000-ci ildən "Hizbullah"ın kommunikasiyalarına rəhbərlik edib və qruplaşmanın rəhbərliyinə yaxın biri olub.

 

“Səkafi bütün əməliyyatlarda "Hizbullah"ın bölmələri arasında əlaqə imkanlarını inkişaf etdirmək, məlumat axınını saxlamaq üçün əhəmiyyətli səylər göstərib”, - deyə İsrail Müdafiə Qüvvələri bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi