Modern.az

Muxtar Babayev qəbul keçirdi - FOTOLAR

Muxtar Babayev qəbul keçirdi - FOTOLAR

Aktual

4 Oktyabr 2024, 16:32

Bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hacıqabul rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Modern.az xəbər verir ki, qəbuldan əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi