Modern.az

Maşın heyvana görə maneəyə çırpıldı - 5 yaralı

Maşın heyvana görə maneəyə çırpıldı - 5 yaralı

Aktual

4 Oktyabr 2024, 23:51

Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə saat 17 radələrində Salyan rayonunun Xalac kəndi ərazisində qeydə alınıb. Minik avtomobili yolda olan iribuynuzlu heyvana görə idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı xəsarət alan Sevinc Babayeva, Kənan Babayev, Vüsalə Babayeva, Allahşükür Babayev, Sevgül Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi