Modern.az

Zərdabda narkokuryer saxlanıldı

Zərdabda narkokuryer saxlanıldı

Aktual

5 Oktyabr 2024, 08:50

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb.

 

Modern.az xəbər verir ki, onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

 

Araşdırmalar zamanı E. Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi