Modern.az

Şəhid övladları atalarının məzarı ilə DANIŞDI - VİDEO

Şəhid övladları atalarının məzarı ilə DANIŞDI - VİDEO

7 Oktyabr 2024, 11:58

Vətən müharibəsində şəhid olan gizir Azad Kərimovun övladları atalarının məzarını ziyarət edib.


Modern.az-ın məlumatın görə, şəhidimizin övladları Kərimli Yusif və Muradın atalarının məzarını ziyarət etməsini əks etdirən görüntülər yayılıb.

 

Uşaqların həyəcanlı görüntüləri sosial media izləyiciləri tərəfindən emosional qarşılanıb.

 

Qeyd edək ki, Azad Kərimov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Azad Kərimov  Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.


 


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi