Modern.az

15 sürücü narkotikə görə saxlanıldı

15 sürücü narkotikə görə saxlanıldı

9 Oktyabr 2024, 08:40

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi