Modern.az

Sığorta ezamiyyət zamanı xərcləri qarşılayır? - Hüquqşünasdan CAVAB

Sığorta ezamiyyət zamanı xərcləri qarşılayır? - Hüquqşünasdan CAVAB

Aktual

14 Oktyabr 2024, 17:04

Azərbaycanda vətəndaşlara sığorta ilə əlaqəli maraqlı olan bir sıra mövzular var, onlardan biri ezamiyyətlə bağlıdır.

 

Ezamiyyətdə olan şəxs sağlamlıq problemi yaşadığı halda, sığorta xərcləri qarşılamalıdırmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, Əmək Məcəlləsinə əsasən, işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin vəzifəsidir:

“İşəgötürən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir

 

İşçi məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

 

İşçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə  iş yeri və orta əmək haqqı saxlanılır. Beləliklə işçi ezamiyyətdə olarkən də bütün hüquqları qorunur və əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlardan istifadə edə bilər”.

 

Vəkil qeyd edib ki, ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir:

 

“Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI