Modern.az

Bu detalları avtomobildən çıxarmaq olmaz! - Ekspertdən XƏBƏRDARLIQ

Bu detalları avtomobildən çıxarmaq olmaz! - Ekspertdən XƏBƏRDARLIQ

Aktual

14 Oktyabr 2024, 17:00

Bir vaxtlar avtomobillər katalizator olmadan ölkəyə gəlirdi, buna gömrükdə çox da nəzarət edilmirdi.

 

Bunu Modern.az-a açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov bildirib.

 

“Bunun qarşısı alınandan sonra bəzi “peşəkar” ustaların sözünə qulaq asan sürücülər katalizatorları çıxarırdılar. Katalizatora qulluq etmək əvəzinə onu ümumiyyətlə çıxarmağı seçirdilər, amma bu, çıxış yolu deyil. İstehsalçı zavod tərəfindən quraşdırılan hissəyə toxunmaq olmaz. Hansı mütəxəssis, usta desə də bunu etməyə ehtiyac yoxdur”.

 

Ekspertin sözlərinə görə, qarşıdan gələn COP29 tədbiri ilə bağlı ekologiyaya daha çox diqqət yetirilir:

 

“Respublikaya gələn nəqliyyat vasitələri mütləq ekoloji nöqteyi nəzərdən keçirilir, hansı avrostandarta uyğun olduğu bəlli olandan sonra ölkə ərazisinə buraxılır. Digər halda isə “ölüxana” deyilən bir yer var ki, az istifadə olunmuş yararlı hissələrdən istifadə edilir. Bu kustar üsulla quraşdırılan ehtiyat hissələrindən daha etibarlı sayılır. Avtomobildə nəsə quraşdırılıbsa, deməli buna ehtiyac var. Heç kim o mütəxəssislərdən ağıllı deyil ki, hansısa hissəni lazımsız saysın. Bunu etməyə ehtiyac yoxdur. Nəqliyyat vasitəsinin funksionallığını yerinə yetirən detallar çıxarılmamalıdır. Burada cərimələrin arıtırılması da böyük fərq yaratmır. Onu da avrtomobilinin hissəsini çıxaranlar düşünsün”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI