Modern.az

Milli Müdafiə Universitetində "Çin dili" kursu açıldı - VİDEO

Milli Müdafiə Universitetində "Çin dili" kursu açıldı - VİDEO

Aktual

10 Oktyabr 2024, 10:40

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun açılış mərasimi keçirilib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao, hərbi attaşesi Van Ley və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər iki ölkə arasında əlaqələrin hər keçən gün möhkəmlənməsindən, Çin dilinin hərbi sahədə əlaqələrin inkişafına verəcəyi töhfələrdən bəhs edib, kurs iştirakçılarına uğurlar diləyiblər.

Mərasimin bədii hissəsində qonaqlara Çin milli rəqsi və "Çay sənəti" tamaşası təqdim edilib. Bədii kompozisiyalar mərasim iştirakçılarının marağına səbəb olub.

Milli Müdafiə Universitetində keçirilən "Çin dili" kursu cari ilin dekabr ayının 30-dək davam edəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi