Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasındakı məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Modern.az-ın məlumatına görə, iclas 16 oktyabr saat 11:05-ə təyin edilib.
Xatırladaq ki, iş Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
Qeyd edək ki, əməkdar artist məşhur müğənni barədə Cinayət Məcəlləsinin 147.1-ci Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə iddia qaldırıb.