Modern.az

BMU-nun kitabxanasına yeni vəsaitlər təqdim olundu - FOTO

BMU-nun kitabxanasına yeni vəsaitlər təqdim olundu - FOTO

Aktual

10 Oktyabr 2024, 15:06

Bakı Mühəndislik Universiteti (BMU) kitabxana fondunun daha da zənginləşdirilməsi tədbirləri davam etdirilir. Bu yöndə növbəti addım BMU və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində atılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ayırdığı vəsait hesabına daha 34 ədəd yeni kitab (kitabların adları və müəllifləri) alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Bu dəyərli nəşrlərdən tələbələrlə yanaşı, gənc tədqiqatçılar, alimlər yararlana biləcəklər.

Qeyd edək ki, BMU-İNHA İDP çərçivəsində 2022-ci ildə 11 kitab, 2023-cü ildə 38 kitab ARDNF-in xətti ilə alınaraq universitetin kitabxanasına təqdim edilib və bu vəsaitlərdən İDP-nin 4 ixtisas istiqaməti (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) üzrə tədris prosesində də geniş istifadə olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi