Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda vətəndaşları qəbul edib.
Modern.az xəbər verir ki, Parlamentin Gənclər və İdman Komitəsinin üzvü Mahir Süleymanlı 12 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Qəbul zamanı rayon sakinlərin problemləri dinlənilib. Həll olunması istiqamətində müvafiq addımlar atılıb.