Modern.az

Ermənistan ordusunda anarxiya: ölüm halları buna görə artıb

Ermənistan ordusunda anarxiya: ölüm halları buna görə artıb

Aktual

14 Oktyabr 2024, 14:06

Ermənistan Ordusunda ölüm halllarının artması ölkə ictimiayyətində narazılığı gücləndirib.

Təkcə son iki həftədə iki hərbçi ölüb. Oktyabrın 6-da N saylı hərbi hissəsinin əsgəri Vahe Arutyunyanın güllə yarası ilə meyiti tapılıb. İstintaq Komitəsi dəqiqləşdirib ki, Vahe Arutyunyan silahla öz başına atəş açıb və intihar edib.

Oktyabrın 13-də daha bir hərbçinin meyiti tapılıb. N saylı hərbi hissəsinin əsgəri Ağasi Dəllakyan çənəsindən aldığı güllə yarası nəticəsində ölüb.

Modern.az xəbər verir ki, erməni hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, orduda özbaşınalıq, anarxiya hökm sürür.

“Orduda islahatlar elan edilir, amma bu hökumətin dövründə orduda ölüm halları artdığından islahat aparılmadığını sübut edirlər, adi gözlə də görmək olur ki, islahat həyata keçirilmir və ölümlər buna sübutdur”, - Aleksanyan yerli mətbuata deyib.

Onun sözlərinə görə, orduda əsgərlərə nəzarət tamamilə itib, oğru davranışları əsgərlərin ölümünə səbəb olur.

“Orduda vəziyyətin dəyişməsinə təsir edəcək heç bir amil yoxdur. Nazir ölüm zamanı o hərbi hissədə nə baş verdiyini, niyə baş verdiyini görməyə getmir, o, şəxsən öz iştirakı ilə komandanlığa, əsgərlərə təsir göstərməyə çalışmalıdır”, - hüquq müdafiəçisi bildirib.

Janna Aleksanyan vurğulayıb ki, İstintaq Komitəsi nəticələr barədə təfərrüatları açıqlamır, vəkillər işlərin necə ört-basdır edildiyini, ekspertizaların saxtalaşdırıldığını görürlər.

“Onlar həmişə belə işləyiblər, indi də işləyirlər, heç nə dəyişməyib”. Hüquq müdafiəçisi orduda qeyri-döyüş şəraitində əsgər ölümündə komandanlığı günahkar hesab edir.

“Bütün hallarda komandanlıq və məsul şəxslər günahkardır. Orduda nizam-intizam olmayanda, əsgərlərin hüquqları qorunmayanda mən əsgərləri qınamıram. Ordu şəffaf olmalıdır. Nazir hadisə yerinə maarifləndirmək, nə baş verdiyini öyrənmək üçün getmir, heç bir hərbi hissə komandirinin işdən çıxarıldığını görməmişik”, - Janna Aleksanyan əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi